Məşhur portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyonun adı doğma vətənində əbədiləşdiriləcək. Siasport.az saytı xəbər verir ki, Portuqaliyanın Setubal şəhərində Madrid "Real"ının hazırkı baş məşqçisinin adına küçə salınacaq. J.Mourinyonun doğulub boya-başa çatdığı bu şəhərin Bələdiyyə Məclisi, həmyerlilərinin dünya futbolundakı xidmətlərini, Portuqaliyanın adını uca tutan fəaliyyətini nəzərə alaraq, yekdilliklə onun adına küçə salınması barədə qərar qəbul ediblər. Bu qərarın icrası ilə bağlı işlər isə, bu ilin iyununda gerçəkləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB