"Mançester Yunyated" futbol klubunun təcrübəli futbolçusu Rio Ferdinand, gələcək futbolçu koryerası barədə açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu daha 3-4 il futbol oynamaq istəyini dilə gətirib. Təcrübəli forvar bildirib ki, koryerasını daha çox UEFA Çempionlar Liqasında çıxış edən komandalarda davam etdirməyi planlaşdırır. Türkiyənin "Milliyet" qəzeti isə iddia edir ki, artıq "qırmızı şeytanların" ulduz futbolçusu "Qalatasaray"ın menecerləri ilə gizli görüşlər keçirir. Yenidən bu mövsümdə də İstanbul nəhənginin birbaşa UEFA Çempionlar Liqasının qruplarına qatılmaq şansının yüksək olduğuna diqqət çəkən "Milliyet" yazır ki, R.Ferdinandın könlündəki komanda məhz "Qalatasaray"dır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB