Edu "Şalke"ni tərk edib Çinə getdi

Edu "Şalke"ni tərk edib Çinə getdi

Almaniyanın "Şalke" futbol klubu, daha bir futbolçusu ilə yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasındakı rəqibi olan alman klubu, braziliyalı Edu ilə bu ilin iyunun 30-a qədər olan müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Braziliyalı futbolçu futbol koryerasını Çinin "Lyaovin Xunin" klubunda davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə