4-cü duel STATİSTİKA

Topaz Premyer Liqasının XXII turunda "Xəzər Lənkəran" "Sumqayıt"ı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, təsnifat mərhələsinin son turunun qarşılaşması rəqiblər arasında 4-cü duel olacaq. İndiyədək Azərbaycan kubokunda üz-üzə gəlməyən komandalar yalnız Premyer Liqada qarşılaşıb.

"Gənclik şəhəri" təmsilçisi ölkə çempionatının ən gənc komandalarından biri olduğundan "Xəzər Lənkəran" bu rəqiblə ilk dəfə ötən mövsüm görüşüb. Həmin vaxt hər 2 qarşılaşmada "ağ-yaşıllar" qalib gəlib. Hər dəfə 3 qolun vurulduğu matçlarda cənub təmsilçisi rəqibinə xal verməyib.
Cari mövsümün ilk dövrəsində isə Sumqayıt təmsilçisi ilk dəfə "Xəzər Lənkəran"dan xal almağı bacarıb. Hər 3 qarşılaşmada rəqibinin qapısına qol vuran "ağ-yaşıllar" bu matçlarda rəqibinə uduzmayıb. Hesabında 2 qələbə və 1 heç-heçə olan komanda rəqib qapısına 6 qol vurub. "Sumqayt" isə 3 matçda cəmi 2 dəfə qol sevinci yaşayıb.

2011/12 06.08.2011 çempionat e 2:1
2011/12 03.03.2012 çempionat s 3:0
2012/13 31.10.2012 çempionat s 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə