Tour de Langkavi yarışı davam edir

Tour de Langkavi yarışı davam edir

Malayziyada velosiped idmanı üzrə sayca 8-ci Tour de Langkavi (2.HC) yarışı davam edir. Siasport.az saytının məlumatına görə, yarışda 22 komanda birincilik uğrunda mübarizə aparır. Tour de Langkavi turnirində Azərbaycanın "Synergy Baku" kollektivi də iştirak edir. Komandamızın üzvü Deyn Gen Ebsen Hayland şəhərində keçirilmiş mərhələ yarışında 9-cu yerə çıxıb. Bu mərhələdə "Nippo-DeRoza" komandasından olan Gulian Arredondo birinci olub.

Ötən il Tour de Langkavi (2.HC) yarışında cənubi amerikalı idmançılar qalib gəlib. Bu dəfə də kollumbiyalı idmançı Jose Serpa (2009-cu, 2012-ci illərin qalibi) və venesuelalı Jose Rujano (2010-cu ilin qalibi), həmçinin İtaliyanın "Vini-Fantini" komandasının kapitanı Monsalveni yarışın favoriti hesab olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə