Zərdabda Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, 50 pəhləvanın iştirakı ilə keçirilmiş yarışın məqsədi idmanın sərbəst güləş növünün rayonda inkişafı, kütləvi sağlamlıq, o cümlədən Xocalı faciəsi şəhidlərinin xatirəsini yad etmək olub.
Qeyd edək ki, yarışda Bəsarət Orucov (25 kq), Şahmurad Xəlilzadə (30 kq), Elgiz Soltanov (40 kq), Zamiq Güləmirli (50kq), Samir Sərxanlı (55kq), Nurlan Tanrıverdiyev (70 kq) birinci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB