Boks üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Qəbələ Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışı başa çatıb. Siasport.az saytının məlumatına görə, komandamız bu gün Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Millimizin heyətində 7 boksçu - Ceyran Dadaşova (49 kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (60 kq), Leyla Cavadova (75 kq), Aynur Rzayeva (81 kq), Anaxanım Ağayeva və Alina Hacıyeva (hər ikisi 81 kq-dan yuxarı) yer alıb.
Qeyd edək ki, turnir martın 3-nə kimi davam edecək.
Digər 3 boksçumuz - Əzizə Abbasova, Leyla Cavadova və Yana Sidor Polşada təşkil olunacaq beynəlxalq turnirdə yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB