Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında "5 mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş iki yaş qrupu arasında şahmat üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə 80 şahmatçı iştirak edib. 2003-2004-cü il təvəllüdlülər arasında I yerə Rəvan Abdullayev, II yerə İzzət Quliyev, III yerə Cahan Tarverdiyeva, 2005-2006-cı il təvəllüdlülər arasında I yerə Fatimə Məmmədli, II yerə Səfər Rəhimli, III yerə isə Ruslan Dostuzadə layiq görülüb.
Qeyd edək ki, qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB