Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 2001-2002-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə 136 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparılıb. Yarışda 24 kq çəki dərəcəsində I yerə Rəvan İsmayılov (Neftçi İSM ), 26 kq çəki dərəcəsində I yerə Orxan Qəhrəmanov (Neftçi İSM), 28 kq çəki dərəcəsində I yerə Azər Məmmədov (11 №-li UGİM), 30 kq çəki dərəcəsində I yerə Elvin Bəşirov (11 №-li UGİM), 32 kq çəki dərəcəsində I yerə Sübhan İsrafilli (11 №-li UGİM), 35 kq çəki dərəcəsində I yerə Əjdər Əsədov (11 №-li UGİM.), 38 kq çəki dərəcəsində I yerə Turan İsazadə (6 №-li UGİM), 41 kq çəki dərəcəsində I yerə Rəhim Bayramlı (11 №-li UGİM), 45 kq çəli çəki dərəcəsində I yerə Tofiq Dadaşov (Neftçi İSM.), 49 kq çəki dərəcəsində I yerə Ruslan Nəzərli (Neftçi İSM), 53 kq çəki dərəcəsində I yerə Fuad Qarayev (16 №-li UGİM), 57 kq çəli çəki dərəcəsində I yerə Ramil Abbasov (Neftçi İSM.), +57 kq çəki dərəcəsində I yerə Zaur Cəfərov (Neftçi İSM) layiq görülüb.
Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB