Kral Kubokunun finalında "Atletiko"-"Real" dueli olacaq!

Kral Kubokunun finalında "Atletiko"-"Real" dueli olacaq!

Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsində daha bir qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, "Atletiko" səfərdə "Sevilya"nın qonağı olub. İlk qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəldiklərindən, meydan sahiblərini cavab qarşılaşmasında ancaq qələbə qane edirdi. Qarşılaşmaya daha yaxşı başlayan Madrid təmsilçiləri, 2:0 hesabı ilə irəlidə olsalar da, meydan sahibləri əzmkar oyunla hesabı bərabərləşdirə biliblər. Ancaq "Sevilya" futbolçularının gücü yalnız hesabı bərabərləşdirməyə yetib. İlk görüşdə 2:1 hesablı qələbə qazanan Madrid klubu, Kral Kubokunun finalına yüksəlib. Finalda isə, "Atletiko"nun rəqibi "Real" olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə