"Barselona" "Real"a qəsdən uduzub?

"Barselona" "Real"a qəsdən uduzub?

"Braselona"nın futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal qarşılaşmasında əzəli rəqibi Madrid "Real"ına məğlub olması, hələ də müzakirə mövzusudur. Siasport.az saytı xəbər verir ki, katalon klubunun heç bir müqavimət göstərmədən, ən əsası isə, "Barselona"ya yaraşmayan bir şəkildə "Real"a məğlub olması, İspaniya mətbuatında bir sıra şübhəli diskussiyalara yol açıb. Belə ki, "Marça", "AS" və başqa qəzetlərdə çalışan ispaniyalı həmkarlarımız, katalon klubunun bilərəkdən uduzduğunu, basqların nifrət etdikləri İspaniya Kral Kubokundan qəsdən imtina etdiyini iddia ediblər. Onların dediklərindən belə aydın olur ki, həttda "Barselona" azarkeşləri bu məğlubiyyəti acı nəticə kimi qəbul etmirlər. İddiaya əsasən, bir neçə gün bundan sonra La Liqa çərçivəsində "Santyaqo Bernabeu"da yenidən "Real" ilə üz-üzə gələcək "Barselona", əsl gücünü rəqib meydanında ortaya qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə