Ramiz Məmmədov: "Yarımfinala çıxacaq dörd güclü komandadan biri biz olacağıq”

Ramiz Məmmədov: "Yarımfinala çıxacaq dörd güclü komandadan biri biz olacağıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olub. Siasport.az saytının məlumatına görə, hərəyə bir dəfə fərqlənən tərəflər yekunda heç-heçəylə razılaşmalı olublar – 1:1. Baş məşqçilərin fikirlərini təqdim edirik:

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Çox gözəl oyun keçdi. Futbolçular meydanın hər bir qarışı uğrunda sona kimi mübarizə apardılar. Kubok oyunları iki mərhələdən ibarətdir. Bakıdakı oyun bundan da çətin olacaq. "Qəbələ" standard vəziyyətlərdən yaxşı istifadə edir. "İnter"lə çempionat oyunundan sonra "Qəbələ" ilə cavab oyununu fikirləşəcəyik".

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "İlk hissədə oyuna nəzarət tam bizdə idi, komanda əzmkarlıqla oynadı. İkinci hissədə Vüqar Nadirovun fərdi ustalığı sayəsində rəqib qapımıza qol vurdu. Səfər oyunu da "Qəbələ" üçün ev oyunu kimi olacaq. Yarımfinala çıxacaq dörd güclü komandadan biri biz olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə