"Eskişehirspor" Türkiyə Kubokunun yarımfinalına yüksəldi

"Eskişehirspor" Türkiyə Kubokunun yarımfinalına yüksəldi

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mersin İdmanyurdu" ilə qarşılaşan "Eskişehirspor", bu qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb. Siasport.az saytı xəbər verir ki, bu məticədən sonra "Eskişehirspor" Türkiyə Kubokunun yarımfinalına adlayıb. "Fənərbaxça" isə səfərdə "Trabzonspor 1461" klubu ilə qarşılaşmada 2:3 hesabı ilə məğlub olub. Amma İstanbul klubu, bundan əvvəkli qarşılaşmalarda qazandığı qələbələr sayəsində növbəti mərhələyə adladığı üçün, bu qarşılaşma sadəcə formal xarakter daşıyırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə