Böyükağa Hacıyev: "Simurq”u böyük məmnuniyyətlə gözləyirik"

Böyükağa Hacıyev: "Simurq”u böyük məmnuniyyətlə gözləyirik"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Simurq" doğma meydanda "Neftçi"ni qəbul edib. Siasport.az saytının məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Baş məşqçilərinin fikirlərini təqdim edirik:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Ağır oyun oldu. Kubok oyunları həmişə çətin keçir. "Neftçi" hücumameylli komandadır, komandama rəqibin hücumlarının qarşısını almağı tapşırmışdım. Futbolçular bunun öhdəsindən gəldilər".

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Yaxşı oyun izlədik. Oyun qolsuz heç-heçə ilə başa çatdı, qalib ikinci oyundan sonra bilinəcək. "Simurq"u böyük məmnuniyyətlə gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə