İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi Didye Droqba, "Türk Telekom Arena"nın ot örtüyü ilə bağlı ciddi narazılığını dilə gətirib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu "Orduspor"la keçirilən son qarşılaşmada baş verən zədə epidemiyasının daha çox meydanın zəminində yaranan problemlərlə bağlı olduğunu qeyd edib. Ulduz futbolçu bildirib ki, komanda rəhbərliyi bu problemi həll etməsə, "Qalatasaray"ın bir çox aparaıcı futbolçuları zədə ucbatından sıradan çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB