”Rəvan”la 5-ci duel

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinə start veriləcək. Siasport.az saytının məlumatına görə, 2 oyundan ibarət olacaq bu mərhələdə "Xəzər Lənkəran" "Rəvan"la qarşılaşacaq. Yarandığı gündən 1/4 finalın daimi iştirakçısı olan cənub təmsilçisi 9-cu dəfə bu mərhələni adlamağa çalışacaq. Tarixi ərzində yalnız 2 dəfə burada büdrəyən "ağ-yaşıllar" 7-ci dəfə yarımfinala yüksəlmək üçün "Rəvan"ı keçməlidir.

İlk dəfə 1/4 finaladək irəliləyən paytaxt təmsilçisi kifayət qədər gənc olduğundan ölkə kubokunda indiyədək heç vaxt "Xəzər Lənkəran"la qarşılaşmayıb. Bu rəqiblə yalnız Premyer Liqada görüşən "Xəzər Lənkəran" bakılılara məğlub olmayıb. 5-ci matç ərəfəsində 1 qələbəsi olan cənub təmsilçisi 3 dəfə heç-heçə edib və top fərqində üstünlüyə malikdir - 7:3.

Bu duellərdən 2-si ötən, digər ikisi isə cari mövsümə təsadüf edib. Qarşılaşmaların ilk üçündə eyni hesablı heç-heçə qeydə alınıb - 1:1. Lakin son qarşılaşmada "ağ-yaşıllar" bu seriyanı qırmağa nail olub. İlk 3 oyunda rəqib qapısından 3 top keçirən "Xəzər Lənkəran" son matçda 4 cavabsız qolla 3 xal qazanıb.

2011/12 27.08.2011 çempionat s 1:1
2011/12 19.11.2011 çempionat e 1:1
2012/13 05.08.2012 çempionat s 1:1
2012/13 04.11.2012 çempionat e 4:0

Bütün xəbərlər Facebook səhifəmizdə