Azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb. Siasport.az saytının məlumatına görə, o, Çellenc kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Ural" (Rusiya) - "Delekta" (Polşa) oyununu idarə edəcək.
Qeyd edək ki, E.Zülfüqarov fevralın 27-də təşkil olunacaq görüşdə əsas hakim olacaq. Ona yunanıstanlı Mixail Zemelis kömək edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB