İntizam Komitəsi “Xəzər Lənkəran”ın futbolçusunu 3 oyunluq cəzalandırdı

İntizam Komitəsi “Xəzər Lənkəran”ın futbolçusunu 3 oyunluq cəzalandırdı

İntizam Komitəsi bəzi klub və futbolçular haqqında qərarlar qəbul edib. Siasport.az saytı qərarları təqdim edir:

22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXI turunun "Simurq" – "Bakı" matçında "Simurq" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Matç başa çatdıqdan sonra "Bakı" klubun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sındırıldığı üçün "Bakı" klubu dəymiş zərərə uyğun olaraq "Simurq" klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50).

22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXI turunun "Rəvan" – "Qarabağ" oyunun 67-ci dəqiqəsində "Rəvan" klubunun 20 №-li futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

23 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXI turunun "Qəbələ" – "Xəzər Lənkəran" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 89-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 3 №-li futbolçusu Vauderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, kub 3000 manat cərimə olunur (maddə 38.2).

Oyunun 88-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

23 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXI turunun "Neftçi" – "İnter" matçının 1-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr meydançaya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

21 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Simurq" – "Bakı" matçında "Simurq" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 84-cü dəqiqəsində "Bakı" klubunun 21 №-li futbolçusu Sənan Bayramov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Qəbələ" – "Xəzər Lənkəran" oyunun 90-cı dəqiqəsində "Qəbələ" klubunun 36 №-li futbolçusu Ruslan Bədəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Neftçi" – "İnter" matçında "İnter" klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

23 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIV turunun "Şuşa" – "Qaradağ Lökbatan" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).

23 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIV turunun "Göyəzən" – "Neftçala" matçında "Neftçala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

18 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın "Kəpəz" – "Turan" matçının 51-ci dəqiqəsində "Kəpəz" klubunun 1 №-li futbolçusu Cavid Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın "Gənclik" – ROİL matçının 58-ci dəqiqəsində ROİL klubunun 6 №-li futbolçusu Tələt Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

19 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın "Neftçi" – "Vətən" matçının 35-ci dəqiqəsində "Neftçi" klubunun 16 №-li futbolçusu İbrahim Qədiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 69-cu dəqiqəsində "Vətən" klubunun 31 №-li futbolçusu Saday Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

12 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın "Sumqayıt" – AZAL matçında aşağıdakı hadisə baş vermişdir:

Matç başlamazdan əvvəl AZAL klubunun texniki zonasında lisenziyası olmayan şəxs əyləşmiş və dördüncü hakim ona yaxınlaşaraq texniki zonanı tərk etməsini xahiş edib. Lakin AZAL klubunun baş məşqçisi Mehman Babayev dördüncü hakimə həmin şəxsin klubun həkimi olduğunu və lisenziyasının matça gətirilmədiyini bildirib. Bundan sonra matçın dördüncü hakimi bu haqda baş hakimə məlumat vermiş, lakin baş hakim bunu nəzərə almayaraq oyunu başlayıb. Oyun ərzində həmin şəxs dəfələrlə oyuna müdaxilə etdikdən sonra texniki zonadan kənarlaşdırılıbdır. Oyunun 69-cu dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Elçin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman (futbolçu meydanı tərk etdiyi vaxt hakimi təhqir edib) texniki zonadan kənarlaşdırılan şəxs yenidən dördüncü hakimə yaxınlaşaraq ona fiziki təsir göstərib və adekvat cavab alıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

- AZAL klubunun 10 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır (maddə 42.3).

- Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.

- Matçın hakim-inspektorunun fəaliyyətini qiymətləndirdikdən sonra Hakim-İnspektorlar Komitəsi İntizam Komitəsinə məlumat versin.

- Komandanın məşqçi və futbolçularının müxtəlif turlarda qeyri-etik davranışları səbəbindən komandada daxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə AZAL klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

23 fevral 2013-cü il U-14 Liqasının UGİM (Şamaxı) – "Kürdəmir" matçının 48-ci dəqiqəsində UGİM (Şamaxı) klubunun 10 №-li futbolçusu Ceyhun Zərbaliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.4).

Oyunun 48-ci dəqiqəsində "Kürdəmir" klubunun 10 №-li futbolçusu İlkin Ədilov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.4).

23 fevral 2013-cü il U-14 Liqasının UGİM (Ağsu) – "Göyçay" matçının 36-cı dəqiqəsində "Göyçay" klubunun 8 №-li futbolçusu Məqsəd Əsgərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

24 fevral 2013-cü il U-11 Liqasının "Göygöl" – "Metallurq" matçında "Göygöl" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 fevral 2013-cü il U-11 Liqasının UGİM (Neftçala) – "Real" (Masallı) matçının 28-ci dəqiqəsində UGİM (Neftçala) klubunun 9 №-li futbolçusu Emil İsgəndərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

22 fevral 2013-cü il 15 yaşlılar arasında III Region Kubokunun "Simal-Qərb" – "Qərb" matçının 14-cü dəqiqəsində "Qərb" yığmasının 15 №-li futbolçusu Aslan Həsənov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).

Bütün xəbərlər Facebook səhifəmizdə