Millimizin müdafiəçisi Ruslan Abışov yenidən Antalyaya gedəcək. Siasport.az saytının məlumatına görə, onun müqavilə bağlamağa hazırlaşdığı yeni klubu "Rubin" Türkiyədə növbəti təlim-məşq toplanışı keçirməyə hazırlaşır.
Xatırladaq ki, kazanlılar yanvarda da Antalya şəhərində hazırlıq keçib. Bu dəfəki təlim-məşq toplanışı isə qısa sürəcək. Komanda Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı İspaniyanın "Levante" klubu ilə oyuna hazırlaşacaq.
Qeyd edək ki, "Rubin" oyuna birbaşa Antalyadan yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB