Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı loqotip müsabiqəsinə iştirakçı ərizələrin qəbulu cari ilin mart ayının 1-dək uzadılıb. Siasport.az saytının məlumatına görə, Birinci Avropa Oyunlarının loqosunun, medallarının və məşəlinin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə təşkilat komitəsi tərəfindən 2013-cü il yanvarın 25-də elan edilib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir.
Təqdim olunan işlər və ərizə forması martın 1-dək elektron formada [email protected] və ya [email protected] elektron poçt ünvanlarına, həm də təşkilat komitəsinə cd-r, dvd-r göndərilməlidir.
Müsabiqədə birinci yerin sahibinə 5.000, ikinci yeri tutana 3.000, üçüncü yerin sahibinə isə 2.000 manat mükafat veriləcək.
Qeyd edək ki, müsabiqənin əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB