Fergusyon üç veteran futbolçuya yeni müqavilə təklif etdi

Fergusyon üç veteran futbolçuya yeni müqavilə təklif etdi

"Mançester Yunayted"in təcrübəli baş məşqçisi Aleks Fergusyon, komandanın üç veteran futbolçusuna yeni müqavilə təklif edib. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanların" təcrübəli çalışdırcısı Rio Ferdinanda, Ryan Gigsə və Paul Skolesə daha 1 il "Mançester Yunayted"in şərəfini qorumağı təklif edib. Lakin R.Gigs və P.Skoles baş məşqçinin bu təklifini geri çevirərək, təşəkkür ediblər. R.Ferdinand isə, daha 1 il "Mançester Yunayted"in uğurları üçün çalışmağa hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə