Kaka: "İndi Mourinyonun mənə daha çox ehtiyacı var"

Kaka: "İndi Mourinyonun mənə daha çox ehtiyacı var"

Madrid "Real"ının braziliyalı forvardı Kaka, gələcək koryerası və kral klubundakı hazırkı durumu barədə açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, növbəti "El Klassiko" qabağı jurnalistlərlə söhbət edən ulduz futbolçu, son bir neçə turda vurduğu qollar və sərgilədiyi gözəl futbol ilə yenidən özünə inam hissini əldə etdiyini dilə gətirib. O bildirib ki, artıq "Real"da vazkeçilməz futbolçular sırasına daxil olması üçün heç bir maniə görmür. İndi əvvəlkindən fərqli olaraq Joze Mourinyonun ona daha çox ehtiyacı olacağını dilə gətirən Kaka, yenidən keçmiş komandası olan "Milan"a qayıdıb-qayıtmayacağı barədə mövsümün sonunda qərar verəcəyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə