Bu axşam "Real"-"Barselona" derbisi olacaq!

Bu axşam "Real"-"Barselona" derbisi olacaq!

Bu axşam İspaniya Kral Kuboku çərçivəsində "Nou Kamp" stadionunda Madrid "Real"ı və "Barselona" üz-üzə gələcəklər. Siasport.az saytı xəbər verir ki, Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma, dünya futbol ictimaiyyətinin diqqət məkəzindədir. Bu mərhələnin "Santyaqo Bernabeu"da keçirilmiş ilk qarşılaşmasında tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdılar. Xatırladaq ki, bu möhtəşəm derbi Bakı vaxtı ilə axşam saat 24:00-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə