"Rəvan" futbol klubu Topaz Premyer Liqasının XXI turu çərçivəsində oyununu keçirdikdən dərhal sonra növbəti matç barədə düşünməyə başlayıb. Siasport.az saytının məlumatına görə, komanda fevralın 27-də Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşündə üz-üzə gələcəyi "Xəzər Lənkəran"la qarşılaşmaya ciddi hazırlaşır.
"Rəvan" kubok matçına hazırlıq çərçivəsində artıq ikinci məşqini keçirib. Ənənəvi olaraq "Bayıl Arena"da toplaşan komanda mərhələ adlamaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir. Maraqlıdır ki, "Rəvan" çempionatda 4 dəfə üz-üzə gəlməsinə baxmayaraq, "Xəzər Lənkəran"la ilk dəfə kubokda görüşəcək. Bu da oyuna rəng qatan məqam olacaq.
Qeyd edək ki, maçt 17:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB