AZAL-la oyundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçulara 2 gün istirahət verib. Siasport.az saytının məlumatına görə, bundan öncəki turda "Rəvan"a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb. Komanda bu gün məşqləri bərpa edəcək. Bu günə təyin olunan hazırlıq prosesi saat 16:00-da baş tutacaq. Məşq "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, istirahət günlərindən istifadə edən "Kəpəz"in gəncəli futbolçuları doğma şəhərə ailə üzvlərinə baş çəkməyə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB