Topaz Premyer Liqasının XXI turu çərçivəsində "Bakı" ilə doğma arenada qolsuz heç-heçə edən "Simurq" hazırlıqlara ara vermədən start verib. Siasport.az saytının məlumatına görə, fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"ni qonaq edəcək komanda məşqə çıxıb. Paytaxt təmsilçisi ilə görüşdə zədə səbəbindən forma geyinə bilməyən kapitan Rasim Ramaldanov, artıq komanda ilə birlikdə çalışmalara başlayıb. Stepan Polyak isə zədəsini tam sağalda bilmədiyindən istirahət edib.
Dünən baş tutan hazırlıqda futbolçular iki qrupa bölünüb. Start heyətdə meydana çıxan oyunçular uzun məsafəli qaçışdan sonra isinmə hərəkətləri ilə məşqi tamamlayıblar. Digərləri isə onlardan fərqli olaraq iki qrupa bölünərək "kvadrat" oynayıblar. Sonda isə futbolçular ikitərəfli oyunla məşqi tamamlayaraq istirahətə çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB