"Xəzər Lənkəran" Futbol Klubunun yeni idman direktoru Babək Quliyevin martın 1-də saat 18:00-da adı çəkilən klubun azarkeşlərilə görüşü planlaşdırılır. Siasport.az saytının məlumatına görə, görüş "Xəzər Lənkəran" stadionunun konfrans zalında baş tutacaq. Media nümayəndələri də həmin tədbirə dəvətlidir.
Qeyd edək ki, Babək Quliyevin Bakıda yaşayan azarkeşlərlə də analoji görüş keçirməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB