"Qalatasaray"ın "Orduspor"la keçirdiyi qarşılaşmanın 84-cü dəqiqəsində Didye Droqba ilə hava mübarizəsində toqquşaraq meydandan birbaşa xəstəxanaya aparılan "Orduspor"lu futbolçunun səhhətində ciddi problem yoxdur. Siasport.az saytı xəbər verir ki, həkimlər futbolçunun yaxın bir həftə ərzində yaşıl meydanlara dönə biləcəyini açıqlayıblar. Eyni zamanda ən maraqlı və təqdirəlayiq hal odur ki, D.Droqba dünənki qarşılaşmadan sonra xəstəxanaya gedərək "Orduspor"lu futbolçuya baş çəkib, səhhəti ilə maraqlanıb. Onun bu addımı Türkiyə mediyasında böyük alqış qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB