Mirça Luçesku "Beşiktaş"ın hansı futbolçusuna "elçi düşüb"?

Mirça Luçesku "Beşiktaş"ın hansı futbolçusuna "elçi düşüb"?

Ukrayna "Şaxtyor"unun baş məşqçisi olan Mirça Luçesku, İstanbulun "Beşiktaş" futbol klubundan komandasına futbolçu transfer etməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssisin hədəfində "qara qartal"ın almaniyalı forvardı Hilbert dayanır. Son vaxtlar əla futbol sərgiləyən forvard, rumıniyalı futbol mütəxəssisinin diqqətini cəlb edib. Türkiyə mətbuatı isə yazır ki, "Beşiktaş"ın bu futbolçunu hansısa kluba satması inandırıcı görünmür. Çenki Hilbert baş məşqçi Samet Aybabanın ən çox güvəndiyi futbolçuların siyahısında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə