"Qalatasray"ın dünən axşam "Orduspor"la keçirdiyi qarşılaşmanın 44-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi olan Fatih Terim, oyunun baş hakimi tərəfindən texniki zonadan qovulub. Siasport.az saytı xəbər verir ki, baş hakimin qərarlarına qarşı meydanın kənarından əsəbi şəkildə etiraz edən "imperator", gənc hakim tərəfindən tribunaya göndərilib. Xatırlayaq ki, dünənki qarşılaşmada F.Terim hakimin qərarlarını çılğın şəkildə etirazla qarşılayaraq, ona təsir göstərməyə çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB