"Qalatasaray" "Orduspor"a əsl futbol dərsi keçdi!

"Qalatasaray" "Orduspor"a əsl futbol dərsi keçdi!

Futbol üzrə Türkiyə Superliqasında 23-cü turun son qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Türk Telekom Arena"da "Qalatasaray" və "Orduspor" üz-üzə gəliblər. Olduqca kritik keçən qarşılaşmada qapılara düz 6 qol vurulub. Qarşılaşmanın ilk hissəsini 0:2 hesablı məğlubiyyətlə bitirən meydan sahibləri, fasilədən sonra əsl futbol şousu göstəriblər. Belə ki, "cim bom", Uesli Sneyder və Selcuk İnanın qolları, habelə Burak Yılmazın dublu sayəsində meydandan 4:2 hesablı qələbə ilə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə