Azərbaycan kuboku: 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

Azərbaycan kuboku: 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, 2 qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı 4 cütdən 3-ü əvvəllər də bu yarışda üz-üzə gəlib. Yalnız 1 cütdə rəqiblər ilk dəfə kubokda qarşılaşacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/4 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.

Azərbaycan Kuboku 1/4 final
27 fevral (çərşənbə)

"Simurq" - "Neftçi"

+0=0-1, top fərqi – 0:1
Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdi. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi.

2011/12

1/8 final

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:1

"Qəbələ" - "Qarabağ"
+0=2-0, top fərqi – 2:2
Bu cüt də yalnız ötən mövsüm qarşılaşıb. İndi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. "Qarabağ" yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi.

2011/12

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

2:2, 0:0

"Bakı" - "İnter"
+2=0-1, top fərqi – 5:3
Yalnız bu cütdəki komandalar 2 mövsümdə üz-üzə gəlib. Hər 2 paytaxt derbisində sevinən "Bakı" olub. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında da üstün olub. 3 il əvvəl isə yarımfinalda rəqibini dayandıran da "Bakı" olub.

2004/05

final

İnter (Bakı) - Bakı

1:2

2009/10

1/2 final

Bakı - İnter (Bakı)

0:1, 3:1

"Rəvan" - "Xəzər Lənkəran"
indiyədək qarşılaşmayıblar

Bütün xəbərlər Facebook səhifəmizdə