Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 1996-2012-ci illəri əhatə edən dövrün ən yaxşı 254 baş məşçisinin siyahısını açıqlayıb. Siyahıda azərbaycanlı mütəxəsislərin adı çəkilməyib. Buna baxmayaraq, millimizi çalışdıran almaniyali baş məşqçi Berti Foqts sıralamada yer alıb. O, mütəxəsislər arasında 42-ci pillədə qərarlaşıb. "Bakı"nın sabiq baş məşqçiləri Vinfred Şafer və Aleksandr Starkov da ən yaxşılar sırasındadır. Şafer 22 xalla 88-ci, Starkov 19 xalla 100-cüdür.
Qeyd edək ki, siyahının lideri "Mançester Yunayted"i çalışdıran Aleks Ferqyusondur. 2-ci yerin sahibi isə Arsen Vengerdir. İspaniya "Real"ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo 174 xalla 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB