Aleksandr Çertoqanov 1 həftə yaşıl meydanlara həsrət qalacaq

Aleksandr Çertoqanov 1 həftə yaşıl meydanlara həsrət qalacaq

Fevralın 27-də "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyun ərəfəsində ciddi itki ilə üzləşib. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkaran"la qarşılaşmada matçın 27-ci dəqiqəsinda zədələnən Aleksandr Çertoqanov "Qarabağ"la görüşdə forma geyinə bilməyəcək. Milli futbolçu ən azı 1 həftə yaşıl meydanlara həsrət qalacaq.
Qeyd edək ki, martın 3-də AZAL-la keçirilən oyunda da futbolçu iştirak etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə