"Simurq"un iki futbolçusu "Neftçi" ilə matça çıxa bilməz

"Simurq"un iki futbolçusu "Neftçi" ilə matça çıxa bilməz

Fevral ayının 27-də "Neftçi" ilə qarşılaşacaq "Simurq" hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, dünən adı çakilən klub ilk öncə fitness zalında məşq edib. Daha sonra isə qısa məsafəli qaçış olub. Ardınca isinmə hərəkətləri yerinə yetirilib. Qrup halına bölünərək "kvadrat" oynayan futbolçular hazırlıq məşqini ikitərəfli oyunla başa vurub.
Qeyd edək ki, komandanın iki üzvü - Nicat Qurbanov və Eyyub Əliyev "Neftçi"dən icarə əsasında transfer olduqlarına görə, müqavilənin şərtlərinə əsasən, bu oyunda iştirak etməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə