Elhad Nəzirinin komandası qələbə qazandı

Elhad Nəzirinin komandası qələbə qazandı

Rumıniya çempionatında millimizin üzvü Elhad Nəzirinin də çıxış etdiyi "Petrolul" klubu növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Elhadın komandası "Otelul"la qarşılaşmada qələbə qazanıb. Oyun 1:0 hesabı ilə "Petrolul"un qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu görüşdə oynamayıb.

Qeyd edək ki, "Petrolul" 34 xalla 5-ci yerdə qərərlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə