Bernhard Raab: “Ballo kimi hücumçumuz olsa idi..."

Bernhard Raab: “Ballo kimi hücumçumuz olsa idi..."

Topaz Premyer Liqasının 21-ci turunda doğma meydanda "Turan"ı qəbul edən "Sumqayıt" rəqibinə minimal hesabla məğlub olub - 0:1. Siasport.az saytının məlumatına görə, tovuzluların hücumçusu Salif Ballonun cari mövsümdəki 9-cu qolu "Sumqayıt"ın ilk altılıq şanslarını heçə endirib. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Əfqan Talıbov, "Turan" klubunun baş məşqçisi: "Süni meydançada oynamaq futbolçularıma çətinlik yaradır. Bugünkü matçda hər iki komanda mübarizə apardı, tərəflərdən heç biri aşkar üstünlüyə malik deyildi. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Maddi durumumuz yaxşılaşdıqca müqaviləsi bitəcək futbolçuları indidən komandada saxlamağa çalışacağıq".

Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Bizim Ballo kimi hücumçumuz olsa idi ilk hissədə 2-3 top vura bilərdik. İlk hissədə yaxşı oynadıq. Rəqibin hesabı artırmaq üçün bir neçə qol imkanı oldu. Bu gün "Turan" qələbəyə layiq oyun göstərdi. Həmkarımı təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə