"Beşiktaş" səfərdə qələbə qazandı

"Beşiktaş" səfərdə qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasının 23-cü turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Sivasspor"un qonağı olan İstanbulun "Beşiktaş" futbol klubu, rəqibini Hilbertin qolu ilə 1:0 hesabı ilə məğlub edib. Bundan başqa, son günlər acınacaqlı məğlubiyyətlərlə azarkeşlərini üzən "Trabzonspor" da səfərdə "Mersin İdman Yurdu"ndan üstün tərəf olub. Belə ki, Tolunay Kafkasın komandası rəqibini 1:0 hesabı ilə məğlub edib. Bundan başqa, "Eskişehirspor"la "İBB" arasında keçirilən qarşılaşma 2:2 hesablı nəticə ilə yekunlaşıb.

22 Fevral

"Qaziantepspor" - "Bursaspor" - 2:1
Sernas, 27, Tosun, 78-pen - Batalya, 38

23 fevral

"İstanbul BB" - "Əskişəhərspor" – 2:2
Holmen, 18; 90-pen – Akaminko, 52, Zəngin, 81

"Elazığspor" - "Antalyaspor" – 2:1
Gürlər, 6, Cakir, 60 – Promise, 20

"Mersin İdmanyurdu" - "Trabzonspor" – 0:1
Enrike, 36

"Sivasspor" - "Beşiktaş" – 0:1
Hilbert, 82

24 fevral

"Kayserispor" - "Gənclərbirliyi"
"Fənərbaxça" - "Kasımpaşa"
"Karabükspor" - "Akhisar BS"

25 fevral

"Qalatasaray" - "Orduspor"

Bütün xəbərlər Facebook səhifəmizdə