Millimizin futbolçusu artıq Ruminiyadadır. Siasport.az saytının məlumatına görə, futbolçu yeni komandası "Petrolul"da ictimaiyyətə təqdim olunub. Sözügedən komanda milli futbolçudan başqa, daha 4 oyunçunu da heyətinə qatıb.
Digər transfer olunan futbolçular Qualberto Mojika, Romario Santos Pires, Renan da Silva və Florensiya Sauvadetdir. Onlardan ən gənci milli oyunçu Elhad Nəziridir.
Təqdimat zamanı komandanın idman direktoru Marius Nikolae mətbuat konfransında milli futbolçu haqqında bunları deyib: "Nəziri öz milli komandalarının oyunçusudur. Antalyada hazırlıq matçında onun 2 oyununu izlədim. Daha sonra biz onun transferi haqda öz qərarımızı verdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB