Əmrə Bəlözoğlu: "Üç Kuboka iddialıyıq"

Əmrə Bəlözoğlu: "Üç Kuboka iddialıyıq"

Madrid "Atletiko"sundan ayrılaraq, yenidən "Fənərbaxça"ya qayıdan Əmrə Bəlözoğlu iddialı açıqlamalarla çıxış edib. "Fənərbaxça" televiziyasına açıqlama verən təcrübəli futbolçu, bu il həm UEFA Avropa Liqasında, həm Türkiyə Superliqasında, həm də Türkiyə Kubokunda çempion olmaq istədiklərini deyərək, bunun üçün əla və güclü heyətə sahib olduqlarını bildirib. Lider "Qalatasaray"la aralarındakı 6 xal fərqinin elə də ciddi olmadığını deyən təcrübəli futbolçu bildirib ki, "Şükrü Saracoğlu" stadionunda "Qalatasaray"ı məğlub etməklə yenidən turnir cədvəlində zirvəyə qayıtmağı planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə