Futbol üzrə UEFA Çempionlar Liqasında "Qalatasaray"ın rəqibi olan Almaniya "Şalke"si, İstanbul klubunun Didye Droqbanı UEFA-nın rəsmi icazəsi olmadan meydana buraxması ilə bağlı iddia qaldırıb. Siasport.az saytı xəbər verir ki, "Şalke" belə qənaətdədir ki, "Qalatasaray" UEFA-nın icazəsi olmadan ulduz futbolçunu UEFA Çempionlar Liqasının siyahısına daxil edib. "Qalatasaray" isə, yaydığı rəsmi açıqlamada rəqibinin bu addımını təxribat kimi qiymətləndirirək, alman klubunu çirkin işlərdən əl çəkməyə və futbol adına ləkə gətirməməyə çağırıb. Klubun rəsmi internet səhifəsində yayımlanan açıqlamada deyilir ki, "Qalatasaray" bütün tansferlərini UEFA-nını nizam-intizam qaydaları çərçivəsində həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB