"Qalatasaray"ın futbolçusu Fatih Terimin "qara siyahısına" düşdü...
Bir neçə gün bundan əvvəl futbol üzrə UEFA Çempionlar Liqası çərçivəsində "Şalke" ilə keçirilmiş qarşılaşmada bir sıra "Qalatasaray"lı futbolçuların səhlənkar hərəkətləri, baş məşqçi Fatih Terimi yaman qəzəbləndirib. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli məşhur futbol mütəxəssisi artıq komandanın yerli futbolçularından birini özünün "qara siyahısına" daxil edib. Türkiyə mətbuatı xəbər verir ki, "Şalke" ilə qarşılaşmada ciddi səhvlərə yol vermiş Aydın Yılmazı ciddi tənqid edən F.Terim artıq mövsümün sonuna qədər onu əsas heyətdən kənarda saxlamaq barədə qərar verib. F.Terim mövsümün sonunda bu futbolçunun başqa kluba icarəyə verilməsi ilə bağlı rəhbərliyə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB