Hakan Şükür Sneyder və Droqba barədə danışdı

Hakan Şükür Sneyder və Droqba barədə danışdı

Türk futbolunda "kral" ləqəbi ilə tanınan "Qalatasaray"ın əfsanə futbolçusu və kapitanı olmuş Hakan Şükür, keçmiş komandasının yeni transferləri barədə danışıb. Siasport.az saytı xəbər verir ki, hazırda Türkiyə Böyük Mİllət Məclisinin deputatı olan H.Şükür, Uesli Sneyder və Didye Droqba ilə bağlı fikirlərini dilə gətirərək bildirib ki, hər iki futbolçu olduqca dəyərli təcrübəyə malikdirlər. "Qalatasaray"dakı gənc futbolçuların dünya səviyyəli bu iki ulduz hücumçudan çox şey öyrənəcəklərini deyən H. Şükür bildirib ki, onların komandaya uyğunlaşması üçün bir qədər zaman lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə