Mahmud Qurbanov: "Onlarla bu barədə danışmışıq"

Mahmud Qurbanov: "Onlarla bu barədə danışmışıq"

"Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov növbəti oyun barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, AZAL-la qarşılaşacaqları matç barədə danışıb: "Həftə boyu AZAL-la görüşə hazırlaşmışıq. Futbolçular məşq prosesində verilən tapşırıqları yerinə yetiriblər. Futbolçularım məşqdə özlərini yaxşı tərəfdən göstərsələr də, oyun zamanı fərqli çıxış edirlər. Onlarla bu barədə danışmışıq. Çətin oyun olacaq. Rəqib ilk altılığa düşmək üçün mübarizə aparır. Əsas məqsədləri budur. Biz də uğur qazanmaq istəyirik. Xallara ehtiyacımız var. Ardıcıl oyunlarda yaxşı çıxış edə bilməmişik. Ona görə də düşünürəm ki, istəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə