"Fənərbaxça"nın "Bate"ni məğlub edərək, növbəti mərhələyə adlaması, bu komanadanın keçmiş baş məşqçisi olan Kristof Daumu yamanca sevindirib. Siasport.az saytı xəbər verir ki, almaniyalı futbol mütəxssisi verdiyi açıqlamada bildirib ki, azarkeşlər olmadan oynanılan qarşılaşma, futbolçular üçün olduqca çətin olur. K.Daum, "Fənərbaxça"lı futbolçuların əzmkar oyun oynadıqlarını deyərək, bu qarşılaşmada komandanın keçmiş kapitanı olan Aleks de Souzanın da yerinin göründüyünü dilə gətirib. O, Kristian Baroninin vurduğu penaltinin önəmli olduğunu deməklə yanaşı, Dirk Kuytun bir neçə epizodda real qol imkanlarını əldən verməsini şanssızlıq adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB