Dünya Kuboku yarışları davam edir

Dünya Kuboku yarışları davam edir

Bu gün Tehranda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışlarının davamı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə A yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları isə B yarımqrupunda mübarizə aparıb.

Oyunun qaydalarına əsasən, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.

Azərbaycan güləşçiləri ilk mübarizəsini Rusiya yığmasına qarşı keçirib. Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə başa çatıb. Yarımqrupun ikinci görüşündə Belarus güləşçiləri ilə qarşılaşan yığmamız gərgin keçən mübarizədən qələbə ilə ayrılıb. Komandamızın növbəti görüşü Qazaxıstan güləşçiləri ilə olub və bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola biliblər.Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə