"Fənərbaxça" UEFA tərəfindən cəzalandırıldığına görə "Bate" ilə oyuna azarkeşsiz çıxıb. Vacib oyunda azarkeş dəstəyindən məhrum olan klubun tərfdarları stadionun kənarında toplaşaraq, komandalarına dəstək veriblər. Buna baxmayaraq, qarşılaşma sakit keçməyib. Siuasport.az saytının məlumatına görə, hansı tərəfdən atıldığı bilinməyən hava fişəngi tribunaya düşüb və Türkiyə bayrağının yanmasına səbəb olub. Referi oyunu saxlayaraq, dumanın dağılmasını gözləyib. Oyundan sonra hadisə barədə açıqlama verən UEFA nümyəndəsi sərt danışıb: "Bunları edən "idiot"dur. Həm Türkiyə bayrağını yandırırlar, həm də komandalarının yenə cəza almasına səbəb olurlar".
Qeyd edək ki, hadisə ilə bağlı şübhəli bilinən 5 azarkeş saxlanılıb.
Günel İsmayılova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB