“Neftçala” klubu səkkiz futbolçu ilə güclənib

“Neftçala” klubu səkkiz futbolçu ilə güclənib

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Neftçala" klubu səkkiz futbolçu ilə güclənib. Siasport.az saytının məlumatına görə komanda qapıçı Davud Kərimi, müdafiəçilər Ramil Nuriyev, Elnur Hüseynov, Rəşad Orucov, yarımmüdafiəçilər Hafiz Əliyev, Zahid Quliyev, hücumçular Yasin Abbasov və Bəxtiyar Fəzaini heyətinə cəlb edib.
Qeyd edək ki, "Neftçala" futbol üzrə Azərbaycan I Divizionun 14-cü turu çərçivəsində bu həftə Qazaxda "Göyəzən" klubunun qonağı olacaq.

Samir Soltanov

Bütün xəbərlər Facebook səhifəmizdə