Madrid "Atletiko"su "Qalatasaray"ın daha bir türk futbolçusunu heyətinə qatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi "Şalke" ilə qarşılaşmada əla oyun nümayiş etdirən Burak Yılmazı mövsümün sonunda heyətində görmək istəyir. Məlumata əsasən gənc, hücumçu artıq "Atletiko"nun transfer siyahısında yer alır. Türkiyənin "Fanatik.com.tr" idman saytı yazır ki, Madrid klubunun menecerləri "Qalatasaray"-"Şalke" oyununu tribunadan canlı izləyiblər. Məlumata görə, bu məsələ barəsində İstanbul klubunun rəhbərliyi də məlumatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB