"Simurq" "Bakı" ilə oyunun hazırlıqlarını tamamlayıb. Siasport.az saytının məlumatına görə, dünən axşam saatlarında son məşqinə çıxan komanda bir saatdan artıq davam edən çalışmalarda əsasən qısa ötürmələr üzərində verilən tapşırıqları yerinə yetirib. Sonda isə komanda ikitərəfli oyunla hazırlıqları tamamlayaraq, qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Topaz Premyer Liqasının XXI turu çərçivəsində "Bakı"nı qonaq edəcək "Simurq"un heyətində hazırda heç bir itki yoxdur. Kapitan Rasim Ramaldanovun da komanda ilə birlikdə hazırlıqlarda iştirak etməsi məşqçilər korpusunun üzünü güldürür.
Son üç görüşdə "Bakı"nın qapısına yol tapa bilməyən "Simurq" üçün bu qarşılaşma xüsusi önəm daşıyır. Yeni ildə qələbə qazana bilməyən komanda paytaxt təmsilçisi ilə keçirəcəyi 14-cü dueldə turnir cədvəlindəki yerini möhkəmlətmək üçün mütləq qalib gəlməlidir. Zaqatala təmsilçisi doğma arenada "Bakı" ilə oynadığı son 5 matçda qələbə üzünə həsrət qalıb. Bu baxımdan bakılılarla görüşdə pis gedişata son qoymağı qarşısına məqsəd qoyan "Simurq" bütün diqqətini bu matça yönəldib.
Qeyd edək ki, bu güb saat 17:00-da start fiti veriləcək qarşılaşmanın baş hakimi Anar Salmanov olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB